Nigerin baş naziri Fransanı yeni hakimiyyətin nümayəndələrini öldürmək planlarında ittiham edib

Nigerin baş naziri Fransanı yeni hakimiyyətin nümayəndələrini öldürmək planlarında ittiham edib Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zein Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı baş nazirə istinadən məlumat yayıb.
“Fransa digər düşmənlərimizlə birlikdə ölkənin tanınmış nazirlərini və rəhbərliyinin nümayəndələrini öldürmək üçün plan hazırlayıb... Fransa Nigerdə vəziyyəti sabitsizləşdirmək üçün öz vasitələrindən istifadə edir”, - deyə o bildirib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Abdurahman Tchianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu Milli Şurası (VQXŞ) yaradılıb. Yeni hakimiyyət Fransa ordusunun yerləşdirilməsi ilə bağlı Fransa ilə hərbi razılaşmaları pisləyib və kontingentin çıxarılmasını tələb edib.
Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron səfirin və bir neçə diplomatın Niameydən geri çağırıldığını, həmçinin Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. O, Fransanın ilin sonuna qədər öz ordusunu bu ölkədən çıxarmaq niyyətində olduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər