ECOWAS Niger üsyançılarına doqquz aylıq keçid dövrü təklif edir

ECOWAS Niger üsyançılarına doqquz aylıq keçid dövrü təklif edir Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sədri, Nigeriya Prezidenti Bola Tinubu Nigerdəki üsyançılara 9 aylıq keçid dövrü təklif edib.
Təklifin təfərrüatları açıqlanmayıb. Eyni zamanda, o vurğulayıb ki, ECOWAS-ın Nigerə qarşı sanksiyaları ölkədə hakimiyyəti ələ keçirmiş hərbçilərdən “müsbət korrektələr” olmadan yumşaldılmayacaq.
Bundan əvvəl Nigerin hərbi rəhbərliyi üç illik keçid dövrü təklif etmişdi, sonra ölkədə konstitusiya təsisatları bərpa olunacaqdı. ECOWAS bunu rədd etdi. Eyni zamanda, Əlcəzair Nigerdə vəziyyəti sabitləşdirmək və ölkəni konstitusiya quruluşuna qaytarmaq üçün altı bənddən ibarət plan açıqlayıb. Bu plan digər məsələlərlə yanaşı, mülki şəxsin rəhbərlik etdiyi altı aylıq keçid dövrünü nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər