Qazaxıstanda hicab və digər dini geyimlər qadağan edilə bilər

Qazaxıstanda hicab və digər dini geyimlər qadağan edilə bilər Qazaxıstan ictimai yerlərdə hicab və digər dini geyimlər geyinməyi qadağan edə bilər. Orda.kz xəbər verir ki, bu barədə mədəniyyət və informasiya naziri Aida Balayeva Astanada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda dini məsələ yetişib. Deputatlardan hakimiyyətin diqqətini ölkənin aqressiv islamlaşmasına cəlb etmək üçün dəfələrlə çağırışlar edilib. Yaxın vaxtlarda Mədəniyyət Nazirliyi yeni qanun layihəsi hazırlayacaq.
“Dinlə bağlı məsələlər çox aktuallaşıb. Məsələ əhalinin dindarlığında deyil, dini savadsızlığındadır. Qeyri-ənənəvi dini cərəyanların ənənəvi cərəyanlarla yanaşı necə fəal işlədiyini görürük. Ona görə də nazirlik üç istiqamətdə iş aparır. Bu, dağıdıcı materialı müəyyən etmək üçün sosial şəbəkələrin gecə-gündüz monitorinqi keşirilir. Yanvarın 1-dən sentyabrın sonunadək terrorizmin və dini ekstremizmin təbliği prinsiplərini özündə əks etdirən 14 860 material müəyyən edilib”, - deyə Balayeva bildirib.
O, bu işə ilahiyyatçıların, ictimaiyyətin, ekspertlərin və ictimai təşkilatların cəlb olunacağına söz verib. Ölkənin “Din haqqında” qanunu da dəyişdiriləcək: "Xüsusilə, ictimai yerlərdə hicab taxmaq qadağan edilə bilər".
“Heç olmasa ictimai yerlərdə hicab taxmaq qadağan edilsin. Mən bütün dünyada bu praktikanı milli təhlükəsizlik məsələsi kimi görürəm. İctimai yerlərdə üz örtülü olanı fərdi olaraq tanımaq çox çətindir. Yenə də bu, ictimaiyyətlə birgə araşdırılacaq. Aydındır ki, biz səlahiyyətli orqan olaraq bu istiqamətdə işimizi gücləndirməyə və qanunvericiliyin sərtləşdirilməsinə çalışacağıq”, - deyə nazir əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər