Astanada “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçirilir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Serbiya Prezidenti Aleksandr Vuçiçin, dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri, Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
"Dini liderlər təhlükəsiz dünya uğrunda" mövzusunda keçirilən qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.
Tehsil-press.az