Bartın Universitetinin müəllimi ADPU-da bilik və təcrübə mübadiləsi aparıb

Bartın Universitetinin müəllimi ADPU-da bilik və təcrübə mübadiləsi aparıb Türkiyənin Bartın Universitetinin müəllimi Deniz Ayşegül Söğüt Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Erasmus+KA1” proqramı çərçivəsində mobillikdə iştirak edib.
Səfərin məqsədi ADPU-nun rəhbərliyi və müəllim heyəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq, təqdimatlar keçirmək, bilik və təcrübə mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində D.A.Söğüt universitetin prorektoru professor Mahirə Hüseynova ilə görüşüb və Beynəlxalq əlaqələr şöbəsi ilə tanış olub. Həmçinin Türk dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
D.A.Söğüt rektor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova ilə görüşərək universitetdə gördüyü işlər barədə rəhbərliyi məlumatlandırıb.
Qonaq Məktəbəqədər təhsil fakültəsində dərslərdə iştirak edib.
Qeyd edək ki, bu səfər ADPU-nun Bartın Universiteti ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildən bəri ilk akademik heyət mübadiləsidir.

Tehsil-press.az

Oxşar xəbərlər