Ötən il dünya əhalisinin 29,6 faizi kifayət qədər ərzaq əldə edə bilməyib

Ötən il dünya əhalisinin 29,6 faizi kifayət qədər ərzaq əldə edə bilməyib 2022-ci ildə dünya əhalisinin 29,6 faizi (təxminən 2,4 milyard nəfər) kifayət qədər ərzaq əldə edə bilməyib.
Bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilir ki, keçən il dünyada 690-780 milyon insan aclıqla üzləşib. Qida çatışmazlığı Afrika, Asiya və Okeaniyada artıb, Latın Amerikası və Karib hövzəsində azalıb. Qlobal miqyasda isə qida çatışmazlığı 9,2 faizə yüksəlib.
Həmçinin qeyd olunub ki, yer səthinin təxminən 71 faizini əhatə edən su hövzələrinin yalnız 2,5 faizi içməli, kənd təsərrüfatı və sənayedə istifadə üçün yararlıdır. Son illərdə adambaşına düşən şirin su ehtiyatları 20 faiz azalıb. Hazırda 2,4 milyard insan su çatışmazlığı olan ölkələrdə yaşayır. Təxminən 600 milyon insan isə çirklənmə, ekosistem problemləri, qeyri-davamlı təcrübələr və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkir.

Tehsil-press.az


Oxşar xəbərlər