Çinin Cənub-Qərb Neft-Qaz Universitetinin nümayəndə heyəti və Neft-Qaz İnstitutunun rəhbəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Nümayəndə heyəti ali məktəbin kampusu, tədris şəraiti, maddi-texniki bazası, sosial infrastruktur və tədqiqat mühiti ilə tanış olub.
Görüşdə BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova yüksəkkeyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, qəbul prosesi, tələbə və məzunların uğurları, mübadilə proqramları barədə məlumat verərək əməkdaşlıq imkanlarından danışıb.
BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova Bakı Ali Neft Məktəbinin Çin ali təhsil müəssisələri ilə əlaqələrini, burada bir neçə çinli tələbənin təhsil aldığını qeyd edərək, Cənub-Qərb Neft-Qaz Universiteti ilə də əməkdaşlığın, müəllim və tələbə mübadiləsinin qarşılıqlı faydalı olacağına əminliyini bildirib.
Çin universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Dai Lei Çinin ikinci ən böyük neft universiteti ilə Bakı Ali Neft Məktəbi arasında bir çox istiqamətlərdə əməkdaşlıq yaradıla biləcəyini, əməkdaşlıq istiqamətlərini əks etdirən Anlaşma Memorandumunun hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra qarşılıqlı maraq doğuran istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az