Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetində olublar

Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetində olublar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nümayəndələri Türkiyəyə səfər çərçivəsində Ankara Sosial Elmlər Universitetində (ASBÜ) “Davamlı inkişaf məqsədlərinə çatmaq və inklüziv cəmiyyətin yaradılması üçün yeni idarəçilik texnologiyaları - Azərbaycan timsalında” mövzusunda seminarda iştirak ediblər.
Tədbirdə ASBÜKENT (şəhər, ətraf mühit və yerli idarəetmə sahələrində təhsil, araşdırma və nəşr fəaliyyətləri həyata keçirir) mərkəzinin direktoru professor Aslı Akay və ASBÜ Sosial Elmlər İnstitutunun direktoru, professor Bilal Çakıcı, DİA-nın rektoru akademik Urxan Ələkbərov, prorektor Əbülfəz Talıbov, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universiteti arasında mümkün əməkdaşlıq sahələri öyrənilib, tələbə və müəllim mübadiləsi, qarşılıqlı təlim və konfransların keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Sonra DİA-nın rektoru akademik U.Ələkbərov Ankara Sosial Elmlər Universitetinin professor-müəllim və tələbə heyəti üçün ingilis dilində mövzu üzrə interaktiv təqdimatla çıxış edib.
İştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər