Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlət idarəçiliyində innovativ texnologiyalar və ölkələrin davamlı inklüziv inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil edilib.
Beynəlxalq elmi konfransda Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru iqtisad elmləri namizədi Abil Yerlan, Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Almazbek Akmataliyev, Türkmənistan Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının rektoru professor Alım Annamuradov, Ankara Sosial Elmlər Universitetinin bölmə rəhbəri professor Aslan Onur Ender, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Adxam Bekmurodov, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının “Aziznews.com” saytının baş redaktoru, siyasi elmlər namizədi Yuriy Boçarov, Tacikistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru hüquq elmləri doktoru, professor Abduxalil Qafurzoda, Rusiya Federasiyasının Əməkdar iqtisadçısı Andrey Marqolin məruzə ilə çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun təqdimatı dinlənilib.
Akademik U.Ələkbərov dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. O, ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib.
U.Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və torpaqlarımızın işğaldan azad edilməsində təsdiqini tapdığını bildirib. Vətən müharibəsində Böyük Zəfərin 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirilib.
Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran lider olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. U.Ələkbərov vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.
U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb.
Tehsil-press.az