Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb.
Sənəd DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren tərəfindən Ankarada imzalanıb.
Tərəflər əməkdaşlığın qarşılıqlı olaraq böyük fayda gətirəcəyinə əmin olduqlarını bildiriblər.
DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli imzalanma mərasimində iştirak edib.

Sabir Şahtaxtı