Digər ali məktəblərin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük verirlər

Digər ali məktəblərin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük verirlər Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2023/2024-cü tədris ili üzrə magistratura və MBA proqramlarına qəbul sayı ötən illərə nisbətən artıb. Bu il AzMİU-ya ümumilikdə 727 tələbədən 430 nəfəri magistratura, 297 nəfəri isə MBA proqramına qəbul olub.
Qəbulda digər ali təhsil müəssisələrinin məzunlarının sayı bu il də çox olub. Belə ki, 727 nəfərdən 487-si, başqa sözlə, 67 faizi digər ali təhsil müəssisələrinin məzunlarıdır. Ümumiyyətlə, son 5 ilin statistikası deməyə əsas verir ki, digər ali təhsil müəssisələrinin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük verirlər. Belə ki, qəbul olanların 2019-cu ildə 56 faiz, 2020-ci ildə 57 faiz, 2021-ci ildə 69 faiz, 2022-ci ildə 60 faiz, 2023-cü ildə isə 67 faizini digər ali təhsil müəssisələrinin məzunları təşkil edib.
MBA proqramı da daxil olmaqla magistratura səviyyəsinə qəbul olan tələbələrin 649 nəfəri Azərbaycan, 46 nəfəri ingilis, 32 nəfəri isə rus bölməsinin payına düşür.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində AzMİU-ya 27 ixtisasa 54 magistr proqramı üzrə qəbul həyata keçirilib. Qəbul layihəsində plan yerlərinin sayı 770, faktiki qəbulun sayı isə 727 nəfər olub ki, bu da plan yerlərinin 94,4 faiz dolması deməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər