2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetini (AZMİU) seçən abituriyentlərin böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərindəndir.
Ötən tədris ilində universitetə qəbul olan tələbə sayı 2170 nəfər olduğu halda, cari ildə bu rəqəm artaraq 2288 nəfərə çatıb. Belə ki, qəbul olan 2288 tələbədən 47 faizi Bakı və Sumqayıt, yerdə qalan 43 faizi isə ölkəmizin müxtəlif regionlarından olan abituriyentlərin payına düşüb. Bölgələrdən AzMİU-nu seçən abituriyentlər arasında Ağdam, Naxçıvan, Füzuli rayonlarından olanlar üstünlük təşkil edib.
Xatırladaq ki, cari ildə AzMİU-nun 27 ixtisası üzrə qəbul aparılıb və plan yeri 91% yerinə yetirilib. Qəbul olan tələbələrdən 932 nəfəri qız, 1356 nəfəri isə oğlandır.
Tehsil-press.az