Azərbaycan Dillər Universitetinin (ADU) tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə birinci turla tələbə qəbulu 95,2 faiz olub.
Bu göstərici 2018-2019-cu tədris ilində 71 faiz, 2019-2020-ci tədris ilində 74 faiz, 2020-2021-ci tədris ilində 84,2 faiz, 2021-2022-ci tədris ilində 88,7 faiz, 2022-2023-cü tədris ilində isə magistr səviyyəsi üzrə qəbul 95,2 faiz təşkil edib.
ADU Azərbaycandan ilk dəfə QS (QS World University Rankings by Subject 2023) sahələr üzrə dünya universitetlərinin “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. İkili diplomlar, xarici ölkələrdə tələbə mobilliyi, tərcümə proqramları, inkluziv təlim üzrə peşəkar hazırlıqlar, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri universitetə olan marağı daha da artırıb.
Həmçinin, bu tədris ilində də bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100 faiz təşkil edib.
Tehsil-press.az