Elm və Təhsil Nazirliyinin, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı açan UNEC-in rektoru professor Ədalət Muradov dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyevin 70 illik yubileyinin UNEC-də qeyd olunmasını əlamətdar hadisə adlandırıb. Vətənini, xalqını sevən alimin onu tanıyanların qəlbində xüsusi yeri olduğunu, hər bir azərbaycanlının Məsud müəllimin riyaziyyat sahəsinə verdiyi töhfələr və əldə etdiyi uğurlarla qürur duyduğunu deyib.
Elm və təhsil naziri Emin Əmrullayev Məsud Əfəndiyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, uğurlarının davamlı olmasını diləyib. Alimin yubileyini doğma vətənində keçirməsinin əhəmiyyətini vurgulayan nazir, bu addımın gənc nəslə vətənpərvərlik hissinin aşılanması baxımından önəmli olduğunu deyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov professor Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, daim vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb. Alimin Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif edilməsinin bunun ən bariz nümunələrindən olduğunu vurğulayıb. Alimin elmi fəaliyyətindən söz açan komitə sədri, onun riyaziyyat elmində əldə etdiyi uğurlarından da danışıb.
Yubiley tədbiri Kanadanın Fields İnstitutunun direktoru, professor Xumar Murtu, Gürcüstanın sabiq elm və təhsil naziri professor Mixail Çxenkelinin, Toronto Beynəlxalq Biznes Universitetinin rektoru professor Feridun Hamdullahpurun, tədbirə onlayn qoşulan kimya üzrə Nobel mükafatı laureatı Ariel Varshelin, professor Roald Saqdeyevin, Alexander fon Humboldt Fondunun Sponsorluq və Şəbəkə Departamentinin rəhbəri Steffen Mehliçin çıxışları ilə davam edib. Çıxış edənlər riyaziyyat elmindən və azərbaycanlı alimin elmə verdiyi töhfələrdən danışıblar.
Sonda professor Məsud Əfəndiyev göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirib.
Konfrans dünyanın müxtəlif ölkələrinin alimlərinin iştirakı ilə oktyabrın 26-dək panel müzakirələrlə davam edəcək.
Tehsil-press.az