Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda hazırda Meksikada karyerasını davam etdirən, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Natiq Atakişiyevlə görüş keçirilib.
Tədbiri açan institutun baş direktoru akademik Arif Həşimov rəhbəri olduğu elmi müəssisənin əməkdaşlarının xarici ölkələrə uzunmüddətli işgüzar səfərlərindən danışıb. Qeyd edib ki, institutun alimlərinin bəziləri xarici ölkələrdə yaşamalarına və orada elmi fəaliyyətlə məşğul olmalarına baxmayaraq, Fizika İnstitutu ilə sıx əlaqə saxlayırlar. Arif Həşimov Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Natiq Atakişiyevin həmin alimlərin sırasında olduğunu vurğulayıb. O, dünyaşöhrətli alimin həm də Fizika İnstitutunun əməkdaşı olmasının qürurverici hiss olduğunu bildirib.
Daha sonra tədbir iştirakçıları Natiq Atakişiyevlə bağlı xatirələrini bölüşüb, alimə elmi və şəxsi fəaliyyətində uğurlar arzulayıblar. Alimin əsas elmi fəaliyyətinin kvant mexanikası olduğu vurğulanıb, bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Natiq Atakişiyev çıxış edərək görüşdən məmnunluq hissi duyduğunu, onun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. 1994-cü ildən Meksikada elmi fəaliyyətlə məşğul olduğunu qeyd edən alim, uşaqlıq illərinin II Dünya müharibəsinə təsadüf etdiyini vurğulayıb. Natiq Atakişiyev Meksikaya orada fəaliyyət göstərən tanınmış alimin dəvəti ilə getməsindən, elmi fəaliyyətindən, tələbələrin bilik səviyyəsindən, eyni zamanda, elm və təhsil sahəsindəki müəyyən problemlərdən söhbət açıb.
Sonda Natiq Atakişiyevin Fizika İnstitutunun Elmi şurasına üzv seçilməsi üçün təklif irəli sürülüb və səsverməyə qoyularaq qəbul olunub.
Tehsil-press.az