Moskvada RAGB-nin İntellektual estafetinin final mərhələsi keçirilib

Moskvada RAGB-nin İntellektual estafetinin final mərhələsi keçirilib Moskva Millətlər Evində İntellektual estafetin final mərhələsi keçirilib. Tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil olunub.
Təşkilat çərçivəsində ənənəvi olaraq gənclər arasında böyük populyarlıq qazanan, zehni qabiliyyətin, komanda işinin və kreativ təfəkkürün inkişafına kömək edən müxtəlif intellektual oyunlar keçirilir.
RAGB-nin üç mərhələdən ibarət birinci İntellektual estafeti oktyabrın 19-da start götürüb. Bir neçə gün ərzində “Breyn rinq”, “Melodiyanı tap”, “Nə? Harada? Nə vaxt?” qaydalarına uyğun test kimi intellektual oyunlar keçirilib. Moskvanın 15 ali məktəbindən 100-dən çox tələbə və məzun estafetin iştirakçısı olub.
Estafetin hər üç mərhələsinin yekununa görə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Buta” komandası birinci, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin “BaumankaAz” komandası ikinci, Maliyyə Universitetinin “FinTime” komandası isə üçüncü yeri tutub.

Tehsil-press.az


Oxşar xəbərlər