Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Fibonacci” intellektual oyununda III yeri tutan “İnkişaf” komandasının üzvləri təltif edilib.
“Fibonacci” intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirmək, təhsil sahəsində intellektual yarışmalara olan marağı daha da artırmaqdan ibarətdir.
Qeyd edək ki, intellektual oyunda Təhsil Nazirliyi və tabe qurumlarının əməkdaşlarından ibarət 15 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Yarışmada “İRM” komandası birinci, “TKTA” komandası ikinci, “İnkişaf” komandası isə üçüncü yerə layiq görülüb.
Onlayn qaydada təşkil olunan yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunub.
Tehsil-press.az