Bakı Dövlət Universitetində “Hüquqşünas masası”

Bakı Dövlət Universitetində “Hüquqşünas masası” Ədliyyə Akademiyası və “SABAH” Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün “Əşya hüquqlarının nəzəri və praktiki problemləri” mövzusunda “Hüquqşünas masası” keçirilib.
Tədbirdə BDU-nun “SABAH” qruplarının hüquqşünaslıq ixtisasında təhsil alan 150 tələbəsi iştirak edib.
BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Elçin Xələfovun moderatorluğu ilə keçirilən tədbirdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi dosent Samirə Eyvazova, BDU-nun Mülki hüquq kafedrasının müdiri dosent Şükür Yusifov və Ədliyyə Akademiyasının Mülki hüquq və mülki proses kafedrasının baş müəllimi Günel Mustafayeva məruzələr ilə çıxış ediblər.
Məruzələrdə mülki hüququn ən böyük sahələrindən biri olan əşya hüququnun mahiyyətinə, əsas xüsusiyyətlərinə toxunulub, Avropa İnsan Hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ ilə bağlı məşhur məhkəmə qərarlarına nəzər salınıb, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər tərəfindən istifadə hüququna dair Konstitusiya Məhkəməsinin qərarları barədə geniş məlumat verilib.
Tədbir tələbələrin fəal iştirakı ilə müzakirə şəklində davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər