Fransa Daxili İşlər Nazirliyi 39 rusiyalını deportasiya etməyi planlaşdırdığını açıqlayıb

Fransa Daxili İşlər Nazirliyi 39 rusiyalını deportasiya etməyi planlaşdırdığını açıqlayıb Fransa hakimiyyəti radikal islama bağlılıqda şübhəli bilinən 39 rusiyalıya qarşı deportasiya prosesinə başlayacaq. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin RMC radiostansiyasının efirində bildirib.
“Radikallaşma şübhələrinə görə xüsusilə yaxından izlədiyimiz 39 Rusiya vətəndaşının siyahısını tərtib etmişik. Keçən həftə biz bunu Rusiya hakimiyyət orqanlarına təqdim etdik”, - o deyib.
Nazirin aydınlaşdırdığı kimi, Moskva siyahıda olan şəxslərin Rusiya Federasiyasının vətəndaşları olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti onları qəbul etməyə razılaşan kimi ruslar deportasiya ediləcək.
Oktyabrın ortalarında Darmanen bildirib ki, ölkənin təhlükəsizliyinə təhdid yaradan şəxslərin daxil olduğu S Siyahısında 60 Rusiya vətəndaşı yer alıb. Onun sözlərinə görə, onların arasında Çeçenistandan olan mühacirlər də var. Nazir aydınlaşdırıb ki, 60 rusiyalıdan 40-a yaxını “məhkəmə tədbirləri çərçivəsində ya həbsdədir, ya da azadlıqdan məhrum edilib”. O zaman Fransa hakimiyyəti Rusiya tərəfinin razılaşacağı təqdirdə 20-yə yaxın adamı deportasiya etməyi planlaşdırırdı.

Tehsil-press.az



Oxşar xəbərlər