İraqdakı Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

İraqdakı Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin sədri doktor Sabah Abdullah Kərküklü noyabrın 1-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Sabah Kərküklü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.
Sabah Kərküklü İraqda nəşr olunan “Türkmən Mədəniyyəti” rüblük populyar elmi jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş son sayını həmin nömrədə ərəb dillərində məqalələri dərc olunan müəlliflərə təqdim edib.
Jurnalda akademik Gövhər Baxşəliyevanın “Böyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb üzri lirikası”, institutun icraçı direktoru Ruhəngiz Cümşüdlünün “Füzuli Bağdadinin ərəbdilli bədii irsinin tədqiqi”, Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayevin “Füzuli Bağdadinin “Hədiqət-üs-Süəda” əsəri Azərbaycan klassik nəsr ədəbiyyatının nümunəsi kimi”, Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidovun “Füzulinin türk şeirlərində ərəb sözləri” məqalələri yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər