Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları üçün “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr edilməsi, eyni zamanda, monoqrafiyaların beynəlxalq nəşriyyatlarda çap olunması” mövzusunda onlayn təlim keçirilib.
Təlim universitetin Elm və innovasiya şöbəsi, Avrasiya Elmi Jurnallar Assosiasiyasının təşkilatçılığı ilə reallaşdırılıb. Assosiasiyanın əməkdaşı Vlad Vernygora təmsil etdiyi təşkilatın fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib. Diqqətə çatdırılıb ki, elmi jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi mərhələsində redaksiya və nəşriyyatlar həmin sistemlərin qəbul meyarlarına cavab verməlidir. Qeydə alınan minimal tələblər təsdiq olunduğu təqdirdə məqalə və ya jurnal ekspertizaya buraxılır. Avrasiya Elmi Jurnallar Assosiasiyası müəlliflərə və ali təhsil müəssisələrinə məlum istiqamət üzrə dəstək verməkdə maraqlı tərəf missiyasına sadiqdir.
Təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az