Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Səmərəli tədqiqat göstəriciləri: əhəmiyyəti, istifadəsi və məhdudiyyətləri” mövzusunda vebinar keçirilib.
Vebinar tədqiqatların, elmi məqalələrin, jurnalların elmmetrik göstəricilərinin araşdırılmasına və onların tətbiqinə həsr olunub.
Vebinarda “Scopus” beynəlxalq bazasının Rusiya və Orta Asiyada analitik həllər üzrə məsləhətçisi Kirill İvanov beynəlxalq elmi nəşrlərdə məqalə dərc etməyi planlaşdıran hər kəs üçün aktual olan məsələlərə toxunub. Məruzəçi “Scopus” bazasında olan jurnallarda məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən danışıb və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, vebinarda AzMİU-nun 40-a yaxın əməkdaşı iştirak edib.
Tehsil-press.az