ABŞ-nin Virciniya adalarında fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Virciniya adalarında fövqəladə vəziyyət elan edildi ABŞ-nin Virciniya adalarında fövqəladə vəziyyət elan edilib.
Bu barədə Virciniya adalarının qubernatoru Alberi Bryan açıqlama verib.
O bildirib ki, Santa Kruz adasındakı krandan suda qurğuşun və mis izləri tapılıb.
Səlahiyyətlilər adalarda kran suyunun içilməməsi və yemək bişirmək üçün istifadə edilməməsi barədə xəbərdarlıq edib, lakin suyun təmizlik üçün istifadə edilməsinin sağlamlığa heç bir təhlükə yaratmadığını bildirib.
Qeyd edək ki, təxminən 51 min insanın yaşadığı Santa Kruz adasındakı krandan qırmızı-qəhvəyi su gəldikdən sonra insanlar şikayət edib, səlahiyyətlilər sentyabrın sonunda bununla bağlı araşdırma başladıb.

Tehsil-press.az


Oxşar xəbərlər