Zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyatdan keçmiş 3887 namizəddən bu günə kimi 2577 nəfər müsahibə vaxtını seçib, 2007 nəfər müsahibədə iştirak edib və onlardan 1770-i növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsahibədən məqbul alan namizədlərin ümumi intellekt səviyyəsinin yoxlanması üçün test imtahanına qeydiyyatı və imtahanlar davam edir.
Müsahibə mərhələsində uğur qazanan namizədlərdən 831 nəfəri ümumi intellekt səviyyəsinin yoxlanması imtahanına qeydiyyatdan keçib, həmin namizədlərdən artıq 794-ü imtahanda iştirak edib və onlardan 744 nəfəri uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatları müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə imkan verir.
Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahanda minimum 40 faiz nəticə göstərən namizədlərə birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir.
Qeyd edək ki, ümumi intellekt səviyyəsinin yoxlanması imtahanında məqbul nəticə əldə edən namizədlərdən 360 nəfəri birinci təlim üçün qeydiyyatdan keçib. Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahanın gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.
Birinci təlimi keçmiş namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.
Müsahibələr və digər mərhələlərlə bağlı suallar yaranarsa, [email protected] ünvanına, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yazmaq və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları DİM-in saytında yerləşdirilib.
Tehsil-press.az