NATO sualtı infrastrukturun müşahidəsini gücləndirəcək

NATO sualtı infrastrukturun müşahidəsini gücləndirəcək NATO Baltik dənizində boru kəmərinin və telekommunikasiya kabelinin zədələnməsi ilə əlaqədar təşkilata üzv ölkələrin sualtı infrastrukturunun vəziyyətinin müşahidəsini gücləndirəcək.
“Defense One” portalı bu barədə alyansın Virciniya ştatındakı Norfolk şəhərində yerləşən birləşmiş qoşunlar komandanlığına istinadla məlumat yayıb.
“Dünyada bütün məlumatların təxminən 95 faizi dənizaltı kabellər vasitəsilə ötürülür. Onların arasında ən köhnəsi ABŞ və Kanadanı Avropa ölkələri ilə birləşdirir. Balıqçı və ticarət gəmiləri bəzən bu kabelləri zədələyərək yararsız hala salır. Lakin sualtı infrastruktur Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən hadisələr kimi qəsdən də zədələnə bilər”, - portalın dərc etdiyi məqalədə belə deyilir.
Noyabrın 11-də “The Washington Post” qəzeti Ukraynada həbsdə olan ukraynalı polkovnik Roman Çervinskini dənizdəki qaz kəmərlərinin partladılması üzrə əməliyyatın əlaqələndiricisi kimi qələmə verilən məqalə dərc edib. Nəşrin məlumatına görə, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya hesabat verən “yüksək rütbəli rəsmi şəxslərdən əmr alıb”.

Tehsil-press.az



Oxşar xəbərlər