Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb.
Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.
Qəza Rusiyanın Ukraynaya təcavüzünün güclənməsi fonunda, oktyabrın 1-də Avropada istilik mövsümünün başlaması ərəfəsində və Norveçdən Polşaya alternativ sualtı qaz kəmərinin açılışı ərəfəsində baş verib. Eyni zamanda, Norveç hakimiyyəti dənizdəki neft-qaz platformalarında mümkün təxribat barədə xəbərdarlıq edib.
Danimarka və İsveç səlahiyyətliləri bazar ertəsi axşam “Şimal axını”nın iki xəttindən qaz sızması barədə məlumat veriblər. Sualtı qaz kəmərləri çox nadir hallarda qırıldığından, eyni vaxtda üç yerdə iki yeni borunun sıradan çıxması əvvəlcə şübhə, sonra isə Avropa hakimiyyət orqanlarının bunun qəza olmadığına inamını artırıb.
"Bu gün biz təxribatla üzləşmişik. Təfərrüatlar hələ məlum deyil, lakin aydındır ki, təxribat olub, bu, Ukraynada müharibənin qızışdırılmasında yeni bir addım demək ola bilər", - deyə Polşanın Baş naziri Mateuş Moravyeçki bildirib.
Tehsil-press.az