Cari ilin ötən 10 ayı ərzində Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində artım müşahidə edilib.
Bu sözləri Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan parlamentdə çıxışında deyib. O bildirib ki, 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq 2 min 118 fakt qeydə alınmışdırsa, cari ildə bu rəqəm 3 min 934 olub. İnternet üzərindən narkotik vasitələrin satışı ilə əlaqədar 414 fakt aşkar edilib. Narkotik maddələrin satışı ilə məşğul olanlar arasında 4 nəfər yetkinlik yaşına çatmayan uşaq və 17 qadın həbs edilib.
Nazir diqqətə çatdırıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsində 142 faiz artım qeydə alınıb.
V.Kazaryan bildirib ki, ötən həftə Kotay vilayətində narkotik vasitə istehsal edən laboratoriya aşkar edilib. Cinayət faktı ilə bağlı həbs edilən 5 nəfərin arasında xarici ölkə vətəndaşları da var. Onlar narkotik maddə hazırlamaq üzrə mütəxəssislərdir.
Ermənistan kimi kiçik bir dövlətdə narkotik vasitələrin qanunsuz dövriyyəsində bu qədər artım vəziyyətin faciəli olduğunu göstərir. Ermənistanın sosioloji mərkəzinin apardığı araşdırmaya görə ölkədəki iqtisadi vəziyyətin ağırlığı, gənclər arasında işsizlik, hüquq-mühafizə orqanlarında hökm sürən rüşvət və korrupsiya cinayətkarlığa qarşı mübarizəni zəiflədib, narkomanların sayının artmasına səbəb olub.
Tehsil-press.az