Bakı Slavyan Universitetində (BSU) “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.
Tədbir 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunub. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təhsil Nazirliyinin müvafiq məktublarına uyğun olaraq keçirilən vebinarın məqsədi tələbələrin narkotik vasitələrin fəsadları barədə məlumatlandırılması olub.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, vebinar tələbə-gənclərin maarifləndirilməsinə xidmət edir. Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünya üçün ən böyük təhlükələrdən birinə çevrilib. Bu baxımdan bugünkü tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
BSU-nun Elmi-tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda, Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva “Narkotiklərin psixoloji fəsadları” mövzusunda çıxış ediblər. Onların çıxışlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətə, xüsusilə də gənclərə vurduğu zərərlər geniş təhlil edilib, tələbələrə narkotik vasitələrdən uzaq durmaq tövsiyə olunub.
Tədbir tələbə-gənclərin suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az