Bu ilin doqquz ayı ərzində Türkiyəni 45 milyondan çox turist ziyarət edib

Bu ilin doqquz ayı ərzində Türkiyəni 45 milyondan çox turist ziyarət edib Bu ilin yanvar-sentyabr ayları arasında Türkiyəni 45,2 milyon turist ziyarət edib.
Bu il noyabrın 10-na qədər Türkiyədə ümumilikdə 7805 yerləşdirmə obyekti dayanıqlı turizm sertifikatı alıb, yeni yay mövsümünə qədər bu sənədin bütün turizm müəssisələrinə verilməsi hədəflənib.
Dayanıqlı turizm baxımından dünyanın qabaqcıl ölkələrindən olan Türkiyəni əvvəlki illə müqayisədə 2022-ci ildə 71 faiz artımla 51,4 milyon nəfərin ziyarət etdiyini xatırladan nazir bu dövr ərzində hər turistdən günlük gəlirin 89 ABŞ dolları, 2023-cü ildə isə 100 dollar olduğunu deyib.
Nazir bu ilin doqquz ayı ərzində Türkiyənin turizm sektorundan 42 milyard dollar əldə etdiyini bildirib.
Qeyd edək ki, beynəlxalq audit və məsləhətləşmə şirkəti “EY”nin turizm və yerləşdirmə sektoru üzrə hazırladığı “Turizm Sektorunun Qiymətləndirilməsi” hesabatında Türkiyə 2022-ci ildə ən çox ziyarətçi qəbul edən beş ölkədən biri olub. Hesabata əsasən, 2022-ci ildə ən çox turist cəlb edən və xarici vətəndaşlar tərəfindən səyahət üçün seçilən ölkələr siyahısının ilk beşliyində Fransa, İspaniya, ABŞ, İtaliya və Türkiyə yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər