Türkiyə Statistika Təşkilatı ilin 3-cü rübündə turizm gəlirinin keçən ilə nisbətən 13,1% artaraq 20 milyard 225 milyon 317 min dollara çatdığını açıqlayıb.
Açıqlamaya görə turizm gəlirləri iyul, avqust və sentyabr aylarından ibarət 3-cü rübdə bir əvvəlki ilin eyni rübünə görə yüzdə 13,1 artaraq 20 milyard 225 milyon 317 min dollara çatıb. Turizm gəlirlərinin 16,5 faizi Türkiyəyə səfər edən xarici vətəndaşlardan əldə edilib. Xərclərin 14 milyard 644 milyon 632 min dollarını şəxsi xərclər, 5 milyard 580 milyon 686 min dollarını isə paket tur xərcləri təşkil edib.
Ziyarətçilərin sayı 3-cü rübdə əvvəlki ilin eyni rübünə görə yüzdə 6,8 artaraq 22 milyon 428 min 234 nəfərə çatıb. Ziyarət edənlərin yüzdə 12-ni 2 milyon 687 min 458 nəfərlə xarici vətəndaşlar təşkil edib. Ziyarətçilərin orta gecəlik xərcləri 103 dollar, əcnəbi vətəndaşların orta gecəlik xərcləri isə 74 dollar olub. Üçüncü rübdə əvvəlki ilin eyni rübü ilə müqayisədə idman, təhsil və mədəniyyət xərcləri 33,3 faiz, yaşayış xərcləri 26,1 faiz, yemək və içki xərcləri 24,6 faiz artıb. Tur xidmətləri xərcləri isə 1,6 faiz azalıb. Türkiyə vətəndaşlarının başqa ölkələrə səfərləri ilə bağlı xərclərindən ibarət olan turizm xərcləri, əvvəlki ilin eyni rübünə görə yüzdə 74,8 artaraq 1 milyard 933 milyon 781 min dollara çatıb. Bunun 1 milyard 491 milyon 933 min dollarını şəxsi, 441 milyon 848 min dollarını isə paket tur xərcləri təşkil edib. Bu rübdə xaricə gedən vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən yüzdə 43,7 artaraq 2 milyon 978 min 418 nəfərə çatıb. Onların bir nəfərə düşən orta xərcləri 649 dollar olub.
Tehsil-press.az