“Gürcüstana səfərimizin əsas məqsədi burada yaşayan soydaşlarımızın təhsil sahəsindəki problemlərinin həllinə, onların ADA Universitetinin təşkil etdiyi təhsil imkanlarından faydalanmasına kömək etməkdir. Bu məqsədlə Tbilisi şəhərində, Marneulidə, Qardabani və Dmanisi rayonlarında azərbaycanlı müəllim və tələbələr, fəal şagirdlər və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəyik”.
Bu fikirləri ADA Universitetinin prorektoru Vəfa Kazdal söyləyib. Onun sözlərinə görə, hazırda Gürcüstandan olan 20 soydaşımız ADA Universitetinin Qazax Müəllimlər Seminariyasında magistratura təhsili səviyyəsində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” ixtisasları üzrə təhsil alır: “İstəyərik ki, burada təhsil alan soydaşlarımızın sayı daha da çox olsun”.
Prorektor deyib: “Artıq 3 ildir ki, ADA Universiteti Qazaxda yerləşən Müəllimlər Seminariyasını həm fiziki, həm də məzmun olaraq bərpa edib. Seminariya tarixi missiyasını davam etdirir. Bu missiya isə müəllimlər yetişdirmək, onları ixtisasartırma proqramlarına cəlb etməkdir.
V.Kazdal qeyd edib ki, Gürcüstana səfərin də əsas məqsədi ADA Universitetinin təklif etdiyi təhsil imkanlarını burada yaşayan soydaşlarımıza çatdırmaqdır.
“ADA Universitetinin əsas strateji məqsədlərindən biri də odur ki, ali təhsil müəssisəsində olan keyfiyyəti həm Azərbaycanın rayonlarında, həm də Gürcüstanda yaşayan soydaşlarımız üçün mümkün qədər əlçatan edək. Daha çox azərbaycanlı gəncin bu imkandan faydalanmasını istəyirik”, - deyə prorektor bildirib.
Tehsil-press.az