İsraillə HƏMAS arasında əsir mübadiləsinə dair razılıq əldə olundu

İsraillə HƏMAS arasında əsir mübadiləsinə dair razılıq əldə olundu İsrail və HƏMAS arasında əsir mübadiləsinə dair razılıq əldə olunub.
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan ediləcək.
***
İsrail hökuməti HƏMAS hərəkatı ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
Bildirilib ki, 150 fələstinli əsir qarşılığında əksəriyyəti qadın və 19 yaşdan kiçik uşaq olan 50 israilli azad ediləcək.
Atəşkəs zamanı Qəzza zolağının cənub hissəsində uçuşlar tamamilə dayandırılacaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qayda qüvvədə olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər