Cənubi Koreyada it əti yemək qadağan edilir

Cənubi Koreyada it əti yemək qadağan edilir İt əti istehlakının geniş yayıldığı Cənubi Koreyadan yeni addım atılıb. Cənubi Koreyada hökumət it ətinin istehlakını qadağan etmək üçün hərəkətə keçib. Son zamanlar ölkədə ev heyvanlarına sahibliyin artdığı və Cənubi Koreya lideri Yoon və həyat yoldaşının da ev heyvanları olduğu vurğulansa da, hökumətdən diqqətçəkən açıqlamalar gəlib.
Cənubi Koreyada iqtidarda olan Xalq Gücü Partiyası heyvan hüquqları təşkilatlarının təzyiqi altında yeni qanun hazırlandığını açıqlayıb. Qanun layihəsi 2027-ci ildə it ətinin istehlakını qadağan etməyi planlaşdırır.
Xalq Gücü Partiyasından Yu Eui-dong, “İt ətinin istehlakının yaratdığı sosial xəstəliklərə son qoymağın vaxtıdır" deyə bildirib. Son zamanlar ev heyvanları olan insanların sayı artmaqdadır və beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Koreyada it əti istehlakını qadağan etmək üçün təzyiqlər artır.
Cənubi Koreyada bəzi restoranlarda xüsusilə yay aylarında qızardılan və ya bosintanq adlı şorbalarda istehlak edilən it əti də verilir. O da bildirilib ki, ölkə üzrə bu cür restoranlar xüsusilə yaşlılar arasında populyardır.

Tehsil-press.az


Oxşar xəbərlər