Baş katib: NATO Balkan regionundakı müttəfiqlərini mümkün təhdidlərdən qorumağa hazırdır

Baş katib: NATO Balkan regionundakı müttəfiqlərini mümkün təhdidlərdən qorumağa hazırdır NATO Qərbi Balkan regionundakı müttəfiqlərini mümkün hərbi təhdidlərdən qorumağa hazırdır.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşündə deyib.
O qeyd edib ki, NATO Balkan regionunda hər hansı hərbi təhlükə görmür, lakin ehtiyatlı və vahid mövqedədir. Alyans hadisələri diqqətlə izləyir və hər bir müttəfiqini hərbi təhdidlərdən qorumağa hazırdır.
Dimitar Kovaçevski isə Şimali Makedoniyanın təhlükəsizliyi və sabitliyinin təhdid altında olmadığını bildirib.
Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə NATO ilə müttəfiqlik edən region ölkələrinin rəhbərlərinin sammiti keçirilib. Sammitdə Yens Stoltenberq və Dimitar Kovaçevski ilə yanaşı, Albaniyanın Baş naziri Edi Rama, Monteneqronun Baş naziri Miloyko Spayiç və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər