Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Qərbi Balkan regionu ölkələrinə səfər edib.
Ursula Fon der Lyayenin Podqoritsada Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşündə Avropa İttifaqının genişlənmə planı və region ölkələrinin Aİ-yə inteqrasiyası prosesi müzakirə edilib. O, Monteneqronun regionda Avropa İttifaqına üzvlük yolunda ən yaxın ölkə sayıldığını bildirib, Aİ-nin Qərbi Balkan ölkələri üçün 6 milyard avroluq yardım paketi nəzərdə tutduğunu deyib.
Ursula Fon der Lyayen səfər çərçivəsində ötən gün Skopyedə Şimali Makedoniya Prezidenti Stevo Pendarovski və Baş nazir Dimitar Kovaçevski ilə görüşüb. Görüşdə Şimali Makedoniya şirkətlərinin Aİ fondlarına çıxışı və Qərbi Balkan ölkələri üçün yeni İnkişaf Planına dair müzakirələr aparılıb. Vurğulanıb ki, Şimali Makedoniya 2030-cu ilədək Avropa İttifaqına tamhüquqlu üzv olmağı hədəfləyir.
Avrokomissiyanın sədri, həmçinin Kosovo Prezidenti Vyosa Osmani və Baş nazir Albin Kurti ilə görüşlər keçirib, Belqrad-Priştina dialoqu və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları müzakirə edib.
Ursula Fon der Lyayen region ölkələrindən Serbiyaya, Bosniya və Herseqovinaya da səfər edəcək.
Tehsil-press.az