Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüşüb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tehsil-press.az