“Qəzzada uzunmüddətli atəşkəslə bağlı razılığa gəlməyi hədəfləyirik” - Qətər XİN

“Qəzzada uzunmüddətli atəşkəslə bağlı razılığa gəlməyi hədəfləyirik” - Qətər XİN “Qəzzada uzunmüddətli atəşkəs ilə bağlı razılığa gəlməyi hədəfləyirik”.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari məlumat verib.
Ənsari Qəzzaya çatan yardımda artım olduğunu, lakin hələ də gözləntiləri doğrultmadığına diqqət çəkib.
Ənsari daimi atəşkəsə nail olmaq üçün vasitəçilik rolunu gücləndirməyə çalışdıqlarını bildirib.
Qəzzanın gələcəyi ilə bağlı Ənsari vurğulayıb ki, bölgənin gələcəyi haqqında qərar verən Fələstin xalqıdır.
Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan atəşkəs elan edilib.

Tehsil-press.az



Oxşar xəbərlər