Salvadorun Qanunvericilik Assambleyası (parlamenti) cinayətkarlıqla mübarizə üçün 2022-ci ilin martında tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb.
Salvadorda fövqəladə vəziyyət rejimi ən azı 2024-cü il yanvarın 11-dək qüvvədə olacaq.
“Uzun illər bizi zorakılığın idarəedilməz olduğuna inandırıblar, lakin cəsarətli qərarlarla bu vəziyyəti dəyişdik. Təhlükəsiz və dinc yaşamağınız üçün fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadırıq”, - deyə parlamentin sosial mediada dərc olunan məlumatda bildirilir.
Qeyd edək ki, Salvadorda fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb. Buna baxmayaraq, respublikada kriminal vəziyyət gərgin olaraq qalır. Salvador Prezidenti Nayib Bukelenin sözlərinə görə, mütəşəkkil cinayətkar qruplaşmalar ölkə ərazisinin 80 faizinə nəzarət edir.
Ötən il martın 26-da respublikada 62 qətl hadisəsi qeydə alınıb ki, bu da son 20 ilin rekord göstəricisidir. Prezidentin mütəşəkkil cinayətkarlığa qarşı elan etdiyi mübarizə nəticəsində müxtəlif qruplaşmaların təxminən 74 min üzvü, o cümlədən 900 lideri həbs olunub. Fövqəladə vəziyyətin tətbiqi qətl hadisələrinin sayını yarıdan çox azaltmağa imkan verib.
Tehsil-press.az