“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti görüşü Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbində baş tutub.
Görüşdə region məktəblərinə 800 kitab hədiyyə edilib.
Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını qurumun əsas hədəfləri, fəaliyyət istiqamətləri, icra olunan layihələr haqqında məlumatlandırıb. O, ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini vurğulayıb. Bu işdə dəstək olan Təhsilin İnkişafı Fondu və “Inci Group of Companies” heyətinə minnətdarlığını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər