Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn görüş keçirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva aprelin 23-nün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti barədə danışıb. Qeyd edib ki, Dünya Kitab və Müəlliflik Hüququ Günü barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu gün bütün dünyada qeyd olunur.
İdarə müdiri uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafının önəmini vurğulayıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə bu istiqamətdə əlverişli şəraitin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyib. M.Vəliyeva şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib, həmçinin mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində məktəblərdə görülən işləri yüksək qiymətləndirib.
Görüşdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırova, Xalq artisti Nurəddin Mehdixanlı, 220 nömrəli məktəb-liseyin müəllimi Xanım Qasımova və məktəblilər “Mütaliə - mənəvi zənginliyə aparan yol”, “Mütaliənin şagirdlərin nitq qabiliyyətinin inkişafına təsiri”, “Rəqəmsal əsrdə kitab və mütaliə”, “Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxu və yazı bacarıqlarının inkişafı” mövzuları ətrafında fikirlərini bildiriblər.
Görüş müzakirələrlə davam edib.
Tehsil-press.az