Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə icra etdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində görüş keçirilib.
Görüşün əsas məqsədi layihə haqqında məlumatın təqdim olunması, görülmüş işlərin müzakirəsi, müvafiq qurumlar və məktəblər arasında təcrübə mübadiləsinin aparılması və uşaq müdafiəsi və təhlükəsizliyində əsas rolu olan tərəflərlə əlaqələrin gücləndirilməsi olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi çərçivəsində görülən işlərdən danışıb, layihənin həyata keçirilməsində əməyi keçənlərə uğurlar arzulayıb.
İnstitutun Layihələrin idarə olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən Həbibə Nəzirova əsas fəaliyyət istiqamətləri və ümumi statistik göstəricilər daxil olmaqla layihə haqqında məlumat verib.
BMT-nin Uşaq Fondunun “Uşaq müdafiəsi proqramı”nın rəhbəri Vüqar Salmanov Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizmi və onun işləmə prinsiplərindən bəhs edib.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin baş inspektoru Kəmalə Ələkbərova yetkinlik yaşına çatmayanların hüquq pozuntusu törətməsinə təsir edən sosial-psixoloji amillərdən danışıb və baş verə biləcək hadisələrinin qarşısının alınması üçün vaxtında aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyini qeyd edib.
Tədbirdə, həmçinin layihənin əhatə dairəsinə daxil olan məktəblərin nümayəndələri - Bakı şəhəri 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova və Bakı şəhəri 258 saylı tam orta məktəbin psixoloqu Şəhla İbrahimova çıxış ediblər. Onlar UMT komandalarının işi, layihə çərçivəsində məktəbdə keçirilən iclas və görüşlər, şagirdlərin iştirakı ilə təşkil olunan silsilə tədbirlər, eləcə də əldə olunan nəticələr haqqında məlumat veriblər.
Tədbirin yekununda qonaqlarla birgə mövzu ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az