Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının beynəlxalq akkreditasiyası üzrə müqavilə imzalanıb.
Müqaviləyə əsasən, 2024-2025-ci illərdə AQAS tərəfindən AzTU-nun bakalavriat (10 ixtisas) və magistratura (10 ixtisas) səviyyələrində beynəlxalq akkreditasiya prosesi aparılacaq.
İmzalanma mərasimində AzTU-nun rektoru professor Vilayət Vəliyev universitet haqqında məlumat verib, beynəlxalq proqram akkreditasiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bir ilə yaxın müddətdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə AQAS-la aparılmış müzakirələr barədə də fikirlərini bildirib. Rektor vurğulayıb ki, AzTU-nun ixtisaslarının beynəlxalq akkreditasiyası “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, habelə AzTU-nun 2030-cu ilədək olan dövrü əhatə edən inkişaf strategiyasında beynəlmiləlləşmə ilə bağlı vəzifələrin icrası çərçivəsində həyata keçirilir. İxtisasların beynəlxalq akkreditasiyası AzTU-nun beynəlxalq miqyasda daha da tanınması və əcnəbi tələbə qəbulunun artırılmasına imkan verəcək.
AQAS-ın İdarə Heyətinin sədri professor Mentz AzTU ilə əlaqələrə əhəmiyyət verdiyini bildirib. O, gələcək əməkdaşlıq imkanları və akkreditasiya proseduru barədə məlumat verib. Daha sonra müqavilənin təfərrüatları, proqramlar üzrə akkreditasiyanın keçirilmə qrafiki və digər məsələlər müzakirə olunub.
İmzalanma mərasimində TKTA-nın İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov da iştirak edib. İlham Hümbətov AzTU və AQAS arasında imzalanan müqavilənin milli ali təhsil sisteminin dünya səviyyəsində qiymətləndirilməsi və tanınması baxımından əhəmiyyəti barədə fikirlərini söyləyib və hər iki tərəfi təbrik etməklə uğurlar arzulayıb. O, TKTA tərəfindən AzTU və AQAS-a lazımi dəstək veriləcəyini də bildirib.
Tehsil-press.az