Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) təhsil və tədris direktoru Jenni Rassel və tərəfdaşlıq meneceri Emanuel Myonye ilə görüşüb.
Görüşdə AzMİU-nun memarlıq ixtisasının RIBA-nın növbəti 5 illik akkreditasiyasını əldə etməsi məsələsi müzakirə olunub. Professor Gülçöhrə Məmmədovanın akkreditasiya müraciətini məmnunluqla qarşılayan Jenni Rassel universitetin memarlıq ixtisasının bakalavriat səviyyəsi üzrə 5 illik akkreditasiya təcrübəsini, həmçinin tədrisin təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurları əsas gətirərək magistratura səviyyəsi üzrə də RIBA-nın akkreditasiyasından keçməyi təklif edib. Jenni Rasselin təklifi məmnunluqla qəbul edilib və AzMİU ilə RIBA arasında əməkdaşlıq üzrə proqram müəyyən edilib. Proqrama əsasən, AzMİU-nun memarlıq ixtisasının həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə RIBA-nın Akkreditasiya Komissiyası yaradılacaq. Akkreditasiya Komissiyasının növbəti il üçün AzMİU-ya iki dəfə gəlməsi nəzərdə tutulub.
Görüş zamanı, həmçinin memarlıq ali təhsili üzrə Avropa, xüsusilə Böyük Britaniya təcrübəsi, tədrisdə tətbiq olunan yeniliklər, müasir tendensiyalar və bu istiqamətdə kadr hazırlığı prosesinin qarşısında duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, yüksək təhsil səviyyəsi ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən uzaqlarda da tanınan AzMİU-nun bakalavriat səviyyəsi üzrə memarlıq ixtisası 2019-cu ildə RIBA-nın 5 illik akkreditasiyasını əldə edib. MDB məkanında RIBA-nın akkreditasiyasından keçən yeganə ali məktəb olan AzMİU bu akkreditasiyadan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda, İspaniya, Fransa, Danimarka, Polşa, Çin, Cənubi Koreyanın memarlıq təhsili verən universitetləri ilə bir sırada dayanır. Akkreditasiya AzMİU-nun tələbələrinə memarlıq ixtisası üzrə yüksək tədris proqramı əsasında təhsil almaq, məzunlarına isə dünya ölkələrində geniş karyera imkanı yaradır.
Tehsil-press.az