Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Azər Seyidli 2024-2025-ci illər üçün BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına (UNYAC) üzv seçilib.
Məşvərət Şurasına üzvlüyü çərçivəsində Azər Seyidli BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edəcək.
BDU tələbəsi BMT-nin Azərbaycan nümayəndəliyi ilə razılaşdırılmış konkret məsələlər və mövzular üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaq, ölkədə gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfələrini nümayiş etdirmək üçün təşəbbüs və innovasiyaları müəyyənləşdirəcək.
Azər Seyidli daha əvvəl – dekabrın 8-də Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva tərəfindən il boyu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təşviqi yolunda göstərdiyi xidmətlərə görə sertifikatla təltif edilmişdi.
Tehsil-press.az