“SABAH” tələbələri xüsusi təqaüdə layiq görülüblər

“SABAH” tələbələri xüsusi təqaüdə layiq görülüblər Təhsil Nazirliyi “SABAH” qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər.
“Azər Türk Bank” hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin “SABAH” qruplarının üçüncü kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 11 tələbənin birillik təhsil haqqının ödənilməsi barədə qərar verib.
Qeyd edək ki, “SABAH” qrupları Karyera Akademiyasının rəsmi tərəfdaşı olan “Azər Türk Bank” bu il Novruz bayramında da 10 tələbənin birillik təhsil haqqını ödəyib.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsini, 40-dan artıq ixtisası və 2.300-dən çox tələbəni əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər