İsveçin iqlim və ətraf mühit nazirinə etimadsızlıq göstərilib

İsveçin iqlim və ətraf mühit nazirinə etimadsızlıq göstərilib Hökumətin iqlim dəyişikliyi ilə mübarizə üçün yeni fəaliyyət planı müxalifətin kəskin tənqidinə səbəb olub.
Mərkəz Partiyası və Yaşıllar Partiyası dərhal iqlim və ətraf mühit naziri Romina Purmoktariyə etimadsızlıq votumu elan ediblər.
“Mən bunu müxalifətin iqlim siyasətinin əslində nədən ibarət olması sualına cavab vermək əvəzinə, mənə və işimə diqqət çəkmək üçün hazırlanmış siyasi oyun kimi qiymətləndirirəm” - deyə Purmoktari bildirib.
Hökumət, İsveçdəki emissiyaların 2045-ci ilə qədər sıfıra enməsinə səbəb olacaq 70 xüsusi təklifi özündə cəmləşdirən iqlim fəaliyyəti planını təqdim edib.
“Biz İsveçin iqlim siyasətini dəyişirik. Nüvə enerjisinin genişləndirilməsi İsveçin 2045-ci ilə qədər sıfır emissiyaya nail olmasının ən vacib göstəricisidir” - deyə Baş nazir Ulf Kristersson bildirib.
Yaşıllar Partiyasının nümayəndəsi Daniel Hellden, planın araşdırmalardan ibarət olduğunu və konkret tədbirlər təklif etmədiyini söyləyib.
“Biz iqlim nazirinə öz etimadsızlıq səsimizi bildiririk, çünki o, emissiyaları azaltmaq üçün konkret plan təqdim edə bilmir, əksinə emissiyaları kəskin şəkildə artırır, – deyə Hellden vurğulayıb.
Solçuların partiyası etimadsızlıq votumunu dəstəkləyib, sosial demokratlar isə hələ münasibət bildirməyiblər.
“Müxalifət, nazir sırf öz işini icra etdiyinə görə ona etimadsızlıq votumu bildirdiyinə görə utanmalıdır. Romina indiyədək İsveçdə ən yaxşı iqlim naziridir”,-deyə Baş nazir Ulf Kristersson votuma münasibətini bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər