Bu günədək 36 min 403 tələbə təhsil krediti alıb

Bu günədək 36 min 403 tələbə təhsil krediti alıb Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
İndiyədək 36 min 403 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 613 nəfərin müraciəti natamam olub, 639 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 7816 nəfərin müraciətinə imtina cavabı verilib, 90 nəfərin müraciəti isə banka yönləndirilib.
Ümumilikdə 27 min 245 nəfərə TTK verilib. Onların arasından 9797 nəfərin müraciəti sosial TTK, 17 min 448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər