Təhsil krediti almaq üçün 34 minədək tələbə müraciət edib

Təhsil krediti almaq üçün 34 minədək tələbə müraciət edib Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib. Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 min 305 kişinin müraciəti rəsmiləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər