Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 211 min 133 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırılması üçün icraya yönəldilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 134 min 18 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 min 724 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 38 min 121 müraciət daxil olub. 36 min 270 sənəd (vətəndaşlar tərəfindən 10 min 478 ərizə, 8 min 14 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 min 976, digər qurumlardan 2 min 684, tabelikdə olan təhsil müəssisələrindən 6 min 216 məktub və 4 min 902 kadr ərizəsi) qəbul olunub.
Tehsil-press.az