Mariya Zaxarova: Serbiya Rusiyaya qarşı sanksiyalara qoşularsa, Qərbin əsiri olar

Mariya Zaxarova: Serbiya Rusiyaya qarşı sanksiyalara qoşularsa, Qərbin əsiri olar Serbiya nə vaxtsa Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gələrsə, o zaman Qərbin əsiri və köləsinə çevrilər.
Vaşinqton və Brüsselin Serbiyaya Rusiya ilə bütün əlaqələrini kəsməsi üçün təzyiq göstərdiyini vurğulayan Mariya Zaxarova bunun Serbiyanın milli maraqlarına və Serbiya vətəndaşlarının mənafeyinə zidd olduğunu qeyd edib. Rusiya XİN-in nümayəndəsi bildirib ki, Qərb rəsmi Belqrada iqtisadi, maliyyə yardımı, investisiya və xüsusi əlaqələr vəd edib, lakin vədlərinin heç birini yerinə yetirməyib.
“Serbiyanın və serb rəhbərliyinin nə vaxtsa bu təzyiqlərə boyun əydini, Rusiyaya qarşı qismən və ya tam şəkildə sanksiyalar tətbiq etməyə qərar verdiyini düşünün. Belə olan halda Serbiya Qərbin mütləq əsirinə və hətta köləsinə çevrilər, Rusiya ilə əlaqələri qoparar. Rusiyanın enerji resurslarının sabit təchizatından əldə etdiyi imkanları itirər. Qərbdən aldığı isə təkcə yardım və dəstək deyil, yeni tələblər olar”, - deyə Mariya Zaxarova vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər